kamyon
 
                                                             Online satış  müqaviləsi
1.Alıcının məlumatları doldurduğu elektron sifariş formunda göstərildiyi kimi əlavə olunmuşdur.
1.1 Adı/Soyadı/Ünvanı : sifariş formunda göstərilən
1.2 Telefon : sifariş formunda göstərilən
1.3 E-posta: sifariş formunda göstərilən
2. Malların çeşidi, növü, miqdarı, markası, modeli, rəngi, vergilər(ƏDV) daxil olmaqla qiyməti  (ədəd x vahidin qiyməti) sifariş formunda göstərildiyi kimidir.
3.   Malların qiymətini ödəmə üsulu sifariş formunda göstərildiyi kimidir.
3.1  Bank kartı ilə
3.2  Milliön ödəmə nöqtələrində.(Ödəniş məbləği Milliön ödəmə nöqtələrində ödənildiyi zaman Milliön aparatları qəpik qəbul etmədiyi səbəbindən tam qəpiksiz ödənilməlidir.Əks təqdirdə ödəniş qeydə alınmayacaq.Məs: Ödəniş məbləği 18.25AZN təşkil edirsə,ödəniş 19 AZN olmalıdır.)
4  Çatdırılma xərci məhsulun qiymətinə daxil deyildir.
5 Çatdırılacaq şəxs tərəfindən çatdırılma ünvanını sifariş formunda doldurmalıdır.
6. Çatdırılma Azərpoçt şirkəti vasitəsi ilə Alıcının sifariş verdiyi zaman seçdiyi Azərpoçt filialına təslim ediləcəkdir.
7. Təhvil-təslim anında Alıcının (və ya səlahiyyətli şəxsin)  göstərdiyi ünvanda olmaması halında da Satıcı əşyanı çatdırmaq vəzifəsini  tam yerinə yetirmiş olaraq qəbul ediləcəkdir. Buna görə də,  Alıcının məhsulu  gec təslim almasından yarana biləcək hər cür zərər, eyni zamanda məhsulun kargo şirkətində qalmış olması və/vəya kargonun Satıcı'ya məhsulu geri qaytarmasından yaranan xərclər də Alıcıya aiddir.
8. Müqavilə predmeti olan mallar 7 (yeddi) iş günü ərzində  Alıcının seçdiyi Azəpoçt filialının uzaqlığına bağlı olaraq  Alıcıya və ya göstərdiyi ünvandakı şəxsə təslim edilir.
9. Satıcı, müqavilə predmeti olan malların sağlam, əksiksiz, sifarişdə göstərilən xüsusiyyət keyfiyyətə uyğun təslim edilməsi üçün məsuliyyət daşıyır.
10. Hər hansı səbəbdən malın qiyməti ödənməzsə və ya bank qeydlərində ödəniş ləğv edilərsə,  Satıcı malı çatdırmaq məsuliyyəti daşımır.
11. Alıcının sifarişi təsdiq olunduqdan sonra sifarış ləğv edilə bilməz.
11.1 Yalnız çatdırılmaya mane olan hava şərtləri, nəqliyyat kəsilməsi kimi fövqəladə hallar səbəbi ilə malları müqavilədə nəzərdə tutulan müddətdə təslim edə bilməzsə, yaranmış vəziyyəti Alıcıya bildirməlidir. Bu halda Alıcı sifarişin ləğv olunmasını vəya təslim tarixinin mane olan hallar aradan qalxana qədər təxirə salınmasını tələb etmək hüququ vardır.
11.2 Yalnız 11.1 bəndindəki halda sifarış ləğv olunarsa,sifarış məbləği 15 gün ərzində Alıcının özünə  nağd və ya nağdsız şəkildə qaytarılır.
12. Alıcı sifariş etdiyi və Satıcı tərəfindən icrasına başlanan müqavilənin icrasından imtina edə bilməz.
13. Tərəflər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Elektron ticarət haqqında” AR qanunda nəzərdə tutulmuş digər hallarda məsuliyyət daşıyırlar.
14. Alıcı Evdənall.az aplikasiyasında müqavilə predmeti olan malların əsas xüsusiyyətləri, satış qiyməti, ödəmə üsulu və təhvil- təslim ilə əlaqədar ön bilgiləri oxuyub bilgi sahibi olduğunu ve elektron qaydada lazımi razılığı verdiyini bəyan edir.